Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Alimlər elektron lampaları "dirildiblər"
Amerika və koreyalı alimlər qrupu hesab edir ki, keçən əsrin ortalarında elektronikada aktiv istifadə olunmuş vakuum radio lampaları müasir dünyada da faydalı ola bilər. Onlar tərəfindən yaradılmış yeni kiçik ölçülü radio lampalar özündə həm vakuum lampaların, həm də silisium tranzistorlarının xüsusiyyətlərini birləşdirir.
“İCTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, ilk sınaqların nəticələrinə görə, yeni lampalar ən yaxşı müasir tranzistorların işçi tezliklərini 10 dəfə üstələyən tezliklərdə sabit işləmək imkanına malikdirlər. Lakin bir mühüm çatışmazlıq var; lampalarda anod ilə katod arasındakı gərginlik adi tranzistorlarla müqayisədə xeyli çoxdur.
Hər halda, yeni lampalar terahers diapazonda işləyən cihazların əsas komponenti ola bilərlər. Bundan əlavə, radiasiyaya olduqca davamlı olduqlarına görə kosmonavtlar üçün hesablama qurğularının hazırlanması zamanı istifadə edilə bilər.
EMİL
25/05/12 Çap et