Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Superkompyuter məlumatları lentşəkilli daşıyıcıda saxlayacaq
"National Center for Supercomputing Application" (NCSA) məlumatların saxlanılması üçün lentşəkilli daşıyıcılardan istifadə etməyə qərar verib. "Blue Waters" superkompyuteri bu məlumatlarla əməliyyat aparacaq. 380 petabayt tutumunda məlumat sistemə bir neçə il ərzində inteqrasiya olunacaq. Bu, dünyada ən böyük məlumat anbarı olacaq.
"İCTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, lentşəkilli daşıyıcılardan istifadə zamanı məlumatın oxuma və yazma sürəti saatda 2,2 petabayt təşkil edəcək.
EMİL
25/05/12 Çap et