Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“İntel” təhsil müəssisələri ilə əməkdaşlıq proqramını genişləndirir


“İntel” korporasiyası yaxın 5 il ərzində universitetlərin nəzdində fəaliyyət göstərən tədqiqat mərkəzlərinin ümumdünya şəbəkəsinin inkişafına 40 milyon ABŞ dolları ayırmağı planlaşdırır.

“İCTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, əməkdaşlıq proqramının məqsədi elm nümayəndələrinin birgə tədqiqatlarla məşğul olmaları və qabaqcıl  texnologiyalar hazırlamaları üçün onları bir araya gətirməkdir.

"Bizim məqsədimiz - yeni elmi cəmiyyət yaratmaqdır. Nəticədə  birgə tədqiqatlar və resurslardan daha səmərəli istifadə etmək üçün qabaqcıl texnologiyaların yaradılması üzrə yeni imkanlar meydana çıxacaq" - Londonda keçirilən proqramın təqdimatı zamanı “İntel” korporasiyasının texniki direktoru Castin Rattner (Justin Rattner) bildirib.
 



EMİL





25/05/12    Çap et