Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Moskvada «Kompleks təhlükəsizlik - 2012» beynəlxalq təhlükəsizlik texnologiyaları sərgisi keçirilib


Rusiya paytaxtı Moskva şəhərində «Kompleks təhlükəsizlik - 2012» beynəlxalq təhlükəsizlik texnologiyaları sərgisi keçirilib. "İCTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, sərgidə Azərbaycan da daxil olmaqla bir sıra MDB ölkələrinin Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin, axtarış-xilasetmə strukturlarının, hüquq-mühafizə orqanlarının nümayəndələri ziyarətçi qismində iştirak ediblər.

Sərgi yanğın təhlükəsizliyi, xilasetmə vasitələri, mühafizə texnikası, silah və xüsusi təyinatlı texniki vasitələr, sərhədlərin texniki mühafizəsi, sənaye təhlükəsizliyi, nəqliyyatın kompleks təhlükəsizliyi, nüvə və radioloji təhlükəsizlik, rabitə təhlükəsizliyi, ekoloji təhlükəsizlik, qəza tibbi tematik və informasiya texnologiyaları bölmələrindən ibarət olub. Burada yeni məhsulların təqdimatları edilib və aktual məsələlərə həsr olunmuş seminar və konfranslar keçirilib. Dörd gün davam edən sərgidə 300-dən çox şirkətin məhsulları nümayiş olunub.

Rusiya, Hollandiya, Türkiyə və Ukrayna kimi ölkələrin mühafizə texnikası, nəqliyyatın kompleks təhlükəsizliyi və xüsusi təyinatlı texniki vasitələr üzrə ixtisaslaşmış şirkətləri öz məhsullarını nümayiş etdiriblər.

SEYMUR





25/05/12    Çap et