Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Sabirabadda gənclərin əksəriyyəti internetdə əylənir
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (ADUPDK) Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzi, eləcə də Sabirabad rayon Təhsil Şöbəsinin iştirakı ilə keçirilən “İnternetin insanlara müsbət və mənfi təsiri” mövzusunda silsilə tədbirlər davam edir. “İCTnews” elektron xəbər xidmətinə bu barədə ADUPDK Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzinin məsul işçisi Rauf Qarayev məlumat verib.
Onun sözlərinə görə, aparılan təbliğat tədbirlərini zərurətə çevirən əsas amil internetin gənc istifadəçiləri arasında onunla bağlı düzgün fikir formalaşdırmaqdır: “Şagirdlərin böyük əksəriyyətinin internetdən əyləncə vasitəsi kimi istifadə etməsi təəssüf doğurur. Bu kimi neqativ halları aradan qaldırmaq üçün uşaq və yeniyetmələr arasında maarifləndirmə işlərinin gücləndirilməsi vacibdir”.
HƏQİQƏT
25/05/12 Çap et