Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Nar Mobile” "Eurovision 2012" ərəfəsində yeni layihələr təklif edir


Hər zaman abunəçilərinə dəstək olan və yenilikçi olan “Nar Mobile” "Eurovision 2012" mahnı müsabiqəsi zamanı bir neçə yeniliyə imza atıb. Şirkət şəhərimizin sakinləri və ölkəmizdə səfərdə olan qonaqlar üçün xüsusi "Eurovision-Nar" danışıq paketlərini hazırlayıb.

Belə ki, danışıq paketində ölkəmizə gələn turistə lazım olacaq bütün rabitə xidmətləri - şəbəkədaxili səs zəngləri, SMS, MMS, data və beynəlxalq zənglər daxildir. Yalnız 10 manat ödəməklə Bakıda səfərdə olan qonaqlar ölkədaxili, beynəlxalq və internet xidmətlərindən faydalana bilərlər.

Şirkətdən cümə günü “Trend”ə verilən məlumata görə, bundan başqa, “Nar Mobile” "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğuna, eyni zamanda paytaxt Bakının təbliğat və tanıdılmasında yaxından iştirak edərək bir sıra layihələrə dəstək göstərir. Əməkdaşlığın əsas məqsədi turistlərə, xarici ölkə nümayəndəliklərinə vətənimizin tanıdılması, tariximizin öyrədilməsi, rəngarəng mədəniyyət və incəsənət dəyərlərimizi çatdırmaqdır.





26/05/12    Çap et