Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Kredit təşkilatları üçün elektron xidmətlərin tətbiqi ilə bağlı seminar keçiriləcək
Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) "Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının icrası ilə əlaqədar, elektron xidmətlərin tətbiqi məqsədi ilə inzibati reqlamentlər mövzusunda kredit təşkilatları üçün maarifləndirici seminar keçiriləcək.
"İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə komitənin ictimaiyyətlə əlaqələr sektorunun məlumatında deyilir.
Seminarın keçirilməsində məqsəd kredit təşkilatları üçün qiymətli kağızlarla girovun elektron formada qeydiyyata alınması, girovun xitamı və qiymətli kağızların girovda olub-olmaması haqqında arayışın verilməsi prosedurları haqqında ətraflı məlumatın verilməsidir.
CAHANGİR
26/05/12 Çap et