Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yaxın günlərdə Bakıda CDMA baza stansiyasi istifadəyə veriləcək
Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) tərəfindən Bakı şəhərində CDMA tipli simsiz telefon xidmətinin keyfiyyətinin artırılması istiqamətində tədbirlər həyata keçirilir. Birliyin CDMA şöbəsinin rəisi Murad Cəbrayılov “İCTnews”-a xəbər verir ki, yaxın günlərdə Yasamal rayonunda ATS 538/539-un binasında yeni baza stansiyası istifadəyə veriləcək.”Bununla bağlı tərəfimizdən bütün tədbirlər həyata keçirilib.
Yeni stansiya istifadəçilərin daha keyfiyyətli rabitə xidmətləri ilə təmin olunmasına şərait yaradacaq”- deyə şöbə rəisi əlavə etdi.
Qeyd edək ki, bundan öncə uyğun stansiyalar Binəqədi və Xəzər rayonlarında qurulub. Xatırladaq ki, avadanlıqlar “Huawei” şirkətindən alınıb qurulur və hal-hazırda CDMA stansiyasının montaj tutumu 20 min nömrəyə çatdırılıb. Abunəçilərin sayı isə 8500-dür.
Qeyd edək ki, BTRİB 511 və 555 indeksasiyası ilə CDMA xidmətləri göstərir. “Aztelekom” İB ilə BTRİB arasında rouminq hesabına hər iki birliyin CDMA abunəçiləri ölkənin istənilən regionunda öz telefonundan istifadə edə bilər.
RƏVAN
26/05/12 Çap et