Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Android” səyyah tezliklə ən populyar mobil səyyah ola bilər


“StatCounter” tədqiqat şirkətinin məlumatına görə, “Android” əməliyyat sisteminə inteqrasiya edilmiş mobil səyyahın populyarlığı artmaqdadır.

“İCTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, 2012-ci ilin mayında “Opera” səyyahı 21.9 faiz göstərici ilə mobil aparat istifadəçiləri arasında ən geniş yayılmış səyyah olub.

“Android” səyyah bu bazarın 21.1 faizini tutur və mövqeyini  gücləndirməyə davam edir. Buna səbəb "quqlfon"ların tədarük həcminin artmasıdır: hesablamalara görə, 2012-ci ilin birinci rübdə “Android” platforması ilə işləyən 89,9 milyon smartfon satılıb. “Google”-un mobil əməliyyat sisteminin payı 36,1 faizdən 59,0 faizə qədər artıb. “Android” səyyah yaxın vaxtlarda ən populyar mobil səyyah ola bilər.
 



 
EMİL





29/05/12    Çap et