Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Rabitə” növbəti Dünya çempionatında iştirak edəcək
Mundialın son qalibi Beynəlxalq Voleybol Federasiyası (FİVB) tərəfindən bu şərəfə layiq görülüb. Artıq bununla bağlı kluba FİVB-dən və Qətər Voleybol Federasiyasından rəsmi məktub da daxil olub.
FİVB Bakı təmsilçisinin ötən mövsüm uğurlu çıxışını, voleybolun inkişafı üçün apardığı düzgün siyasəti və komandada qələbə ruhunu əsas götürərək, “Rabitə”yə “wild card” verib. “Güzəştli kart”ı Azərbaycan klubunun qazanmasında, həmçinin “Rabitə”nin son analoji yarışın qalibi olması da böyük rol oynayıb.
Bununla da yeni mövsümdən italiyalı mütəxəssis Marçello Abbondanzanın çalışdıracağı komanda tarixində ikinci dəfə Dünya çempionatında iştirak etmək hüququ qazanıb.
Qeyd edək ki, mundial yenə Qətərin paytaxtı Dohada keçiriləcək. “Rabitə”nin rəqiblərindən isə hələlik yalnız biri dəqiqdir. Bu, Asiya çempionu olan Çinin “Tianjin Bridgestone” komandasıdır.
RƏVAN
29/05/12 Çap et