Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Federal Təhqiqatlar Bürosu istifadəçiləri izləyən mərkəz açıb
ABŞ-ın Federal Təhqiqatlar Bürosu Milli rabitə mərkəzi yaradıb. Yeni mərkəzin əsas vəzifəsi internet-trafik və “VoIP” bağlantıların ələ keçirilməsi daxil olmaqla, vətəndaşları izləmək üçün yeni üsullar hazırlamaq olacaq.
“İCTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, yeni mərkəz Kuantiko şəhərində yerləşir və artıq Silikon vadisinin oxşarı hesab edilir.
Yeni struktur ilk növbədə "kölgəyə çəkilərək" proqramı ilə məşğul olacaq. FTB (Federal Təhqiqatlar Bürosu) proqram çərçivəsində sosial şəbəkələr, elektron poçt və “VoIP” xidmətləri ilə əməkdaşlıq yaradacaq, həmçinin nəzarət həyata keçirəcək. ABŞ Senatı bu proqrama 54 milyon dollar həcmində vəsait ayırıb.
EMİL
29/05/12 Çap et