Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“LG” şirkəti dünyada ilk 5 düymlü “Full HD” ekranı təqdim edib


"LG" şirkəti smartfonlar üçün 1920×1080 piksel təsvir ölçüsünə malik 5 düymlü ekran təqdim edib. Təqdim edilən qurğuda 1 düymə düşən piksellərin sıxlıq göstəricisi 440 ppi təşkil edir; bu,  hazırda ən yüksək göstəricidir. Müqayisə üçün: "iPhone 4/4S" smartfonunda 326 ppi göstəriciyə malik "Retina" ekran quraşdırılıb.

"İCTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, yeni ekran "AH-IPS" (Advanced High Performance In-Plane Switching) texnologiyası əsasında hazırlanıb.






 
EMİL





29/05/12    Çap et