Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Google+” platforması istifadəçiləri spama məruz qoyub
Ötən bazar “Google+” sosial şəbəkəsi beta-versiyasının bir çox istifadəçilərinin elektron poçtuna xeyli sayda xəbərdarlıq gəlib. Xətaya görə yeni sosial şəbəkə onlarla spam xarakterli xəbər göndərib. Bəzi istifadəçilərin poçtuna 40-dan çox belə məktub gəlib.
“Google”un vitse-prezidenti, sosial şəbəkənin inkişafı üçün məsuliyyət daşıyan Vik Qundotra spamın göndərilməsi üçün istifadəçilərdən 2 dəfə üzr istəyib. Onun sözlərinə görə, təxminən 80 dəqiqə ərzində xəbərdarlıq göndərilməsi sistemi disk sahəsinin çatışmazlığı problemi yaşayıb. "Buna görə xidmət xəbərdarlıqları göndərmək cəhdlərinə davam edib. Dəhşət" – deyə o, vəziyyəti şərh edib. Vika Qundotra bildirib ki, “Google+” beta test mərhələsindədir. Bundan başqa korporasiya yeni sosial şəbəkə istifadəçilərinin sayının belə sürətli artımını gözləmirdi.
11/07/11 Çap et