Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İsveçdə orqanik elektron çip hazırlanıb
İsveçin Linçepinq Universitetinin əməkdaşları orqanik elektron çip yaradır. Bu çip əsasında orqanizmin bu və ya digər səbəblərdən müstəqil fəaliyyət göstərə bilməyən bəzi funksiyalarının idarəetmə sistemlərini hazırlamaq olar.
“İCTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, çip siqnalları bilavasitə orqanizmin daxili hüceyrələrində nizamlamaq xüsusiyyətinə malikdir. Bu isə alimlərin sözlərinə görə, sağalmaz hesab edilən bir çox xəstəliklərin müalicəsini mümkün edə bilər.
İsveçdə orqanik elektron çip hazırlamasına hələ 3 il bundan əvvəl başlanılmışdı, lakin mütəxəssislər qurğunun təcrübədə işlək nümunəsini yalnız bu günlərdə əldə ediblər.
EMİL
30/05/12 Çap et