Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
QKDK bu günə qədər 6 elektron imza alıb
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) bu günə qədər 6 elektron imza alıb. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə adıçəkilən komitənin Aparat rəhbəri Bəxtiyar Əzizov məlumat verib. Onun sözlərinə görə, QKDK-da e-imza alanların sayının artacağı gözlənilir: «Hazırda bizdə şöbə müdirləri və digər rəhbər işçilər e-imza alıb.
Lakin rəhbər işçilər məzuniyyətə getdikdən sonra onların səlahiyyətlərini həyata keçirən şəxslərin - müavinlərin də e-imza almasına ehtiyac duyulur. Bu baxımdan hesab edirik ki, yaxın zamanlarda komitədə e-imza alanların sayının artırılmasına zərurət var».
SEYMUR
30/05/12 Çap et