Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Rusiyada internetə çıxış imkanı 2018-ci ilədək ölkə ərazisinin 80 faizini əhatə edəcək
Rusiyada internetə çıxış imkanı 2018-ci ilədək ölkə ərazisinin 80 faizini əhatə edəcək. Rabitə naziri Nikolay Nikiforov "Russia Today" telekanalına verdiyi müsahibəsində belə fikir səsləndirib.
“İCTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, nazir deyib ki, hətta Sinqapur kimi texnoloji cəhətdən inkişaf etmiş ölkədə belə internetə genişzolaqlı çıxış imkanı 100 faiz təmin edilməyib.
Nikiforov həmçinin qeyd edib ki, onun fikrincə, hökumət tərəfindən internet sahəsinə yeganə müdaxilə forması uşaqların yolverilməz məzmundan, həmçinin müəllif və əqli mülkiyyət hüquqlarının müdafiə edilməsinin təmin edilməsi olmalıdır.
"Lakin sözsüz ki, rabitə xidmətləri və ya veb-saytlara çıxış imkanında heç bir məhdudiyyət olmamalıdır" – Nikiforov bildirib.Nikiforov, həmçinin "elektron demokratiya" elementlərinin inkişaf etdirilməsinin əhəmiyyətini də vurğulayıb.
EMİL
30/05/12 Çap et