Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” günahsızdır


Paris məhkəməsi “YouTube” videohostinqini müəllif hüquqlarını  pozmaqda ittiham etmiş Fransanın “TF1” televiziya kanalının iddiasını qəbul etməyib.

“İCTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, “TF1” televiziya kanalı “YouTube” videohostinqinə qarşı 2008-ci ildə iddia qaldırıb. Telekanal müəllif hüququ qorunmuş bir sıra materialların videohostinqdə yerləşdirilməsinə görə 141 milyon avro həcmində kompensasiya  tələb etmişdi.

Lakin məhkəmənin çıxardığı qərara əsasən, “YouTube" videohostinqi istifadəçilər tərəfindən yerləşdirilmiş videomaterialların tərkibinə görə məsuliyyət daşımır.

Son nəticədə “TF1” telekanalı məhkəmənin qərarına görə, “Google”-un məhkəmə xərclərinə kompensasiya olaraq 80 min avro ödəməli olacaq. Telekanal nümayəndələri çıxarılan qərardan  təəccübləndiklərini və işi apelyasiyaya verəcəklərini bildiriblər.
 
EMİL





30/05/12    Çap et