Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“IP” trafikin həcmi 2016-cı ilədək 1,3 zettabayta qədər artacaq
"Cisco Systems" şəbəkə avadanlığı istehsalçısının proqnozuna görə, "IP" trafikin həcmi gələcək 5 il ərzində orta hesabla 29 faiz artacaq.
"İCTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, "Cisco Systems" şirkətinin proqnozuna əsasən, "IP" trafikin həcmi 2016-cı ilin sonunadək 1,3 zettabayt təşkil edəcək.
Müqayisə üçün: qlobal şəbəkədə 1984-cü ildən 2012-ci ilədək ötürülmüş trafikin həcmi 1,3 zettabayta bərabərdir. "Cisco" şirkətinin marketinq üzrə baş meneceri bildirib ki, 2016-cı ilədək internet trafikin orta həcmi ay ərzində 110 ekzabayt təşkil edəcək.
Bundan əlavə, 2016-cı ilədək "IP" şəbəkələrə qoşulmuş qurğuların sayı 19 milyard təşkil edəcək. Bu göstərici planetimizdə yaşayan insanların sayından 3 dəfə çoxdur.
EMİL
31/05/12 Çap et