Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Amerika çimərliklərində robot-xilasedicilər fəaliyyət göstərəcək


“Hydonalix” şirkəti 2012-ci ilin yayında Amerika çimərliklərinə “Emergency Integrated Lifesaving Lanyard” adlı robot-xilasedicilər  göndərəcək. Robot-xilasedicilərin heç bir halda xilasediciləri əvəz etməyəcəyi bildirilib. Amma bu cihazlar  xilasedicilərə kömək edəcəklər.

“İCTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən  bildirir ki, xilasedici-robot saatda 40 km sürətlə hərəkət edə bilən və məsafədən idarə olunan motorlu cihazdır. Onun əsas vəzifəsi suda batan şəxsə sürətlə yaxınlaşmaq və xilasedicilər çatanadək onun üçün dayaq nöqtəsi rolu oynamaqdır.







 
EMİL





31/05/12    Çap et