Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mədəniyyət və Turizm Nazirliyi bütün əməkdaşları üçün elektron imza alacaq


Mədəniyyət və Turizm Nazirliyi bütün əməkdaşları üçün elektron imza almağı planlaşdırır. Bu barədə  “İCTnews” elektron xəbər xidmətinə sözügedən nazirliyin Analitik təhlil və proqramlar təminatı şöbəsinin müdiri Qabil Abbasov məlumat verib.

Onun sözlərinə görə, artıq bütün əməkdaşların sənədləri hazırlanıb: “Elekton imza almaq üçün biz əvvəlcə sektor və şöbə müdirlərinin sənədlərini təqdim edəcəyik. Onlar üçün e-imza alındıqdan sonra digər əməkdaşların sənədlərini də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə göndərəcəyik. Düşünürəm ki, yaxın günlərdə biz e-imzaları ala biləcəyik”.






SEYMUR





31/05/12    Çap et