Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Bakcell”in şüarı dəyişməyib


Bir neçə gündür “Bakcell” şirkətinin sloqan dəyişikliyi etdiyi barədə xəbərlər dolaşmaqdadır. Belə ki, mobil operatorun "Daha yaxın olaq" şüarının "Etibarlı şəbəkə" ilə əvəz olunduğu bildirilir.

Məsələ ilə bağlı “Bakcell”in mətbuat xidmətindən  bildiriblər ki, şirkətin şüar dəyişikliyi etməsi ilə bağlı iddialar əsassızdır: "Bakcell”in şüarı dəyişməyib, olduğu kimi qalır. "Etibarlı şəbəkə" isə “Bakcell”in yox, bu yaxınlarda istifadəyə verdiyimiz kampaniyanın şüarıdır".

Məlumat üçün bildirək ki, bir müddət öncə açıqlama verən  şirkətin icraçı direktoru Riçard Şirer “Bakcell”in internet provayder kimi fəaliyyəti ilə bağlı da açıqlamalar vermişdi. O, müsahibəsində, Azərbaycanda internet istifadəsinin genişləndiyini, mobil internet sahəsində “Bakcell”in digər operatorlar arasında lider olduğunu bildirib.



RƏVAN





31/05/12    Çap et