Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
ATU-da “Wi-Fi” sistemi quraşdırıldı
“IREX-Azərbaycan” nümayəndəliyi “Azərbaycanda Yeni Media” layihəsi çərçivəsində “USAID”-in maliyyə dəstəyi ilə Azərbaycan Texniki Universitetinin (ATU) əsas binasında “Wi-Fi” sisteminin quraşdırılması layihəsini başa çatdırıb.
“IREX-Azərbaycan” nümayəndəliyindən verilən məlumata görə, sabah ATU-nun kitabxana zalında layihənin təqdimatı keçiriləcək.
Təqdimatda universitetin müəllim-tələbə heyəti ilə yanaşı, “IREX-Azərbaycan” təşkilatının “Azərbaycanda Yeni Media” layihəsinin rəhbəri Angela Nicoara, “USAID”-in missiya rəhbəri Michael Greene, ATU-nun rektoru Havar Məmmədov və digər şəxslər iştirak edəcək.
Qeyd edək ki, “Wi-Fi” sistemi Azərbaycan Texniki Universitetinin üç məntəqəsində - tələbələrin kitabxanasında, müəllimlərin kitabxanasında və tələbə yeməkxanasında quraşdırılıb. 8 MB/s sürətli internetdən hər məntəqəyə eyni vaxtda orta hesabla 200 istifadəçi qoşula bilər.
Azərbaycan Texniki Universitetinə qədər “IREX-Azərbaycan” təşkilatı “USAID”-in maliyyə dəstəyi ilə Bakı Dövlət Universiteti, Dövlət Neft Akademiyası, Azərbaycan Tibb Universiteti, Sumqayıt Dövlət Universitetində də “Wi-Fi” sistemi quraşdırıb.
RƏVAN
31/05/12 Çap et