Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Server tədarüklərinin həcmi artıb


2012-ci ilin birinci rübü üzrə server avadanlığı bazarındakı vəziyyəti təhlil edən “Gartner” analitik şirkətinin ekspertləri aydınlaşdırıblar ki, bu seqmentdə tədarük həcmi cüzi artıb. 2012-ci ilin ilk üç ayı ərzində 2,35 milyon server tədarük edilib. Bu göstərici 2011-ci ilin analoji dövrü ilə müqayisədə 1.5 faiz çoxdur.

“İCTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, server seqmenti üzrə ilk üçlükdə əvvəlki kimi “Hewlett-Packard”, “Dell” və “IBM” şirkətləri qərarlaşıb. “HP” şirkəti 2012-ci ilin birinci rübündə 685 mindən çox server (-0,4%) tədarük edib.

“Dell” şirkəti ikinci yerdə qərarlaşıb, onun istehsalı olan serverlərin tədarük həcmi 1 faiz azalıb. “IBM” korporasiyasının istehsalı olan serverlərin tədarük həcmi isə 1,7 faiz azalıb.

Tədarük həcminə görə müvafiq olaraq 4-cü və 5-ci yerdə qərarlaşmış “Fujitsu” və “Cisco” şirkətləri ekspertləri  təəccübləndiriblər. “Fujitsu” şirkətinin istehsalı olan serverlərin tədarük həcmi 12.7 faiz artaraq 86360 təşkil edib.

Şirkətlərin server satışlarından əldə olunan gəlir üzrə yerləşməsi aşağıdakı kimidir:
  1. “IBM” korporasiyası - 3.5 milyard dollar;
  2. “HP” korporasiyası – 3.46 milyard dollar;
  3. “Dell” şirkəti;
  4. “Oracle” korporasiyası.
 
EMİL





31/05/12    Çap et