Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İkinci nəsil “WP7” smartfonları 2011-ci ilin sonunda çıxacaq


“Microsoft”un icraçı direktoru Stiv Ballmer tələbə proqramçılar üçün ən böyük beynəlxalq müsabiqə - “İmagine Cup” finalının açılışında iştirak edib.
Korporasiya rəhbəri giriş nitqində “Microsoft” fəaliyyətinin bir çox aspektlərindən, həmçinin “Windows Phone 7” mobil əməliyyat sisteminin sonrakı inkişafı haqqında məlumat verib.
Stiv Ballmerin sözlərinə görə, ikinci nəsil “Windows Phone 7” smartfonlarının istehsalını cari ilin sonuna gözləmək lazımdır. O bildirib ki, “Microsoft”un “Nokia” kimi güclü dəstəkçisi var. Dünyada ən böyük proqram təminatı istehsalçısının rəhbəri bildirib ki, növbəti nəsil “WP7” smartfonları istifadəçilərə indiki aparatlardan daha çox imkan təklif edəcək.
Çox güman ki, 2011-ci ilin sonuna “Windows Phone 7.5” ilə işləyən qurğuları təkcə “Nokia” şirkəti deyil, həm də “Samsung” və HTC istehsal edəcəklər.




11/07/11    Çap et