Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Opera Mini 7” səyyahı sosial şəbəkələrdəki xəbərləri birləşdirəcək
Norveçin “Opera” şirkəti “Opera Mini” səyyahının yeddinci versiyasını istifadəyə verib. Əsas yenilik “Smart Page” tətbiqi olub. Sosial şəbəkələrdəki (Facebook, Twitter və digərləri) yeniləmələr, axtarış sətri və fərdiləşdirilmiş xəbərlər "ağıllı" səhifədə toplanıb.
“İCTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, sosial şəbəkələrdəki xəbərlər avtomatik olaraq yenilənir.
“Opera Mini 7“ səyyahını (http://www.operamini.com/mobile/) şirkətin saytından yükləmək olar. Proqram pulsuzdur. Səyyah “Java” texnologiyasını dəstəkləyən qurğular (J2ME), həmçinin “Symbian/Series 60” və “BlackBerry OS” mobil telefonları üçün əlçatandır.
“Opera” şirkətinin məlumatına görə, “Opera Mini” səyyahı 168 milyon telefonda quraşdırılıb. Bu səyyah vasitəsilə 2012-ci ilin martında təxminən 117 milyard veb-səhifəyə daxil olunub.
EMİL
31/05/12 Çap et