Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bütün abunəçilər smart-kart tipli sayğacla təmin ediləcək


Bu ilin sonunadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azəriqaz" İstehsalat Birliyi Bakı abunəçilərinin qabaqcadan ödəniş sistemi ilə işləyən (smart-kartlardan istifadə etməklə) sayğaclarla təmin edilməsi prosesini başa çatdıracaq.

Bu barədə jurnalistlərə İB-nin rəhbəri Əkbər Hacıyev bildirib. Onun sözlərinə görə, indiyədək sayğaclarla 300 mindən çox abunəçi təmin edilib. Cari ilin sonuna qədər bu göstərici 560 minə çatdırılacaq.

Həmçinin, qazlaşdırma proqramı çərçivəsində İB Bakıda qazlaşdırmanın səviyyəsini 100 faizə çatdırmağı planlaşdırır. Hazırda köhnə qaz xətlərinin yenidən qurulması, habelə yeni yaşayış massivləri və Bakıətrafı kəndlərin qazla təmin edilməsi üzrə işlər aparılır.




RƏVAN
 





01/06/12    Çap et