Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Fərdi birdəfəlik ödəmələrin veriləcəyi məntəqələrlə bağlı rəqəmli xəritə hazırlanıb


Bu gündən başlayaraq Kapital Bankın filial, şöbə və xidmət bölmələri fərdi birdəfəlik ödəmələrlə bağlı müraciətlərin qəbuluna başlayacaq. “İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçiləri fərdi birdəfəlik ödəməni almaq üçün müraciət etməli olduqları məntəqənin ünvanını Maliyyə Nazirliyinin və Kapital Bankın rəsmi internet saytlarında   “öz məntəqəni tap”  bölməsində yerləşdirilən rəqəmli xəritə üzərində tapa bilərlər. Belə ki, əmanət kitabçalarındakı kassa (şöbə və filialların)  nömrəsini daxil etməklə hansı məntəqəyə müraciət olunacağını rəqəmli xəritə üzərində müəyyənləşdirmək mümkündür.








CAHANGİR





01/06/12    Çap et