Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yerli internet operatoru endirim kampaniyasına başlayır


Sazz” genişzolaqlı simsiz limitsiz internet xidməti yay endirim kampaniyasına başlayır. “İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, иyun ayının 1-dən avqustun 31-nə qədər nəzərdə tutulmuş “Bu yay Sazz keçəcək” kampaniyası çərçivəsində şirkət müştərilərə müxtəlif endirim paketlərini təqdim edəcək.

Kampaniyada təqdim olunan endirim paketlərindən faydalanan müştərilər çox əlverişli şərtlərlə həm “Sazz” abunəçisi ola biləcək, həm də onlara lazım olan qurğu və avadanlıqları əldə emək imkanına sahib olacaqlar.

“Sazz” internet yay endirim kampaniyasına üç paket təqdim edib.Qiyməti 99 manat təşkil edən birinci paketə pulsuz qoşulma, iki aylıq abunə haqqı və “AX326 USB” modemi daxildir.

159 manatlıq ikinci paketə pulsuz qoşulma və altı aylıq abunə haqqı ilə bərabər, bu paketə “AX326 USB” modemi daxildir.

Dəyəri 329 manat olan üçüncü paket isə abunəçilərə böyük endirimlə bərabər, həm də seçim imkanı verir. Belə ki, həmin paketi almağa qərar verənlər pulsuz qoşulma və 10 aylıq abunə haqqı ilə bərabər iki avadanlıq komplektindən birini seçə bilərlər. Bunlardan birinə “AX326 USB” modemi, “SX361” gücləndiricisi və “MF-10 Wi-Fi” routeri, digərinə isə “AX350 WiFi-WiMax” mərkəzi daxildir.
 
Kampaniya “Sazz 4G” internet xidmətləri şirkətinin Süleyman Rüstəm küçəsi, 9 ünvanında yerləşən baş ofisi daxil olmaqla şirkətin brend mağazalarında da keçərlidir.
 
Azərbaycanda mobil “WiMAX 4G” texnologiyası əsasında fəaliyyət göstərən ən böyük genişzolaqlı simsiz internet xidməti olan “Sazz internet” 2010-cu ildə “AzQtel” şirkəti tərəfindən qurulub. “Sazz internet” istifadəçilərə 25 manatlıq aylıq abunə haqqı müqabilində saniyədə 10 Mb-dək qoşulma sürəti olan standart tarif planını təqdim edir.

Bakı, Sumqayıt, Xırdalan, Mingəçevir şəhərlərini, habelə Abşeron yarımadasının əksər qəsəbələrinin böyük qismini əhatə edən “Sazz internet” 2012-ci ilin sonlarına qədər ardıcıl olaraq Azərbaycanın iri regionlarında da fəaliyyət göstərməyə başlayacaq.





01/06/12    Çap et