Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azərpoçt” MMC-nin loqistika xidməti


“Azərpoçt” MMC ölkə daxilində göndərilən bağlamaların sayının günü-gündən artdığı haqqında açıqlama verib. Müəssisədən verilən məlumatda deyilir ki, cari ilin 6 ayı ərzində respublika üzrə bağlamaların sayı 59283 ədəd olub ki, bu da ötən ilin dövrü ilə müqayisədə 593 ədəd çoxdur. Beynəlxalq bağlamaların sayı isə 4014 ədəd təşkil edib.
”Bunlar poçtla daşınması mümkün olan bağlamalardır. Ancaq iri qabaritli bağlamalar barədə də müraciət edənlər var. Bu zaman loqistika xidməti həyata keçirilməlidir və bu xidmətin yaradılması labüddür” - deyə müəssisədən verilən məlumatda bildirilir.
Qeyd edək ki, loqistika xidməti dünya poçtunda ən çox gəlir gətirən xidmətlərdəndir və bu xidmətin tətbiqi üçün ilk öncə yeni avtopark yaradılmalıdır.




11/07/11    Çap et