Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Peyk televiziya bazarının həcmi 2011-ci ildə 14 faiz artıb
2011-ci ilin nəticəsinə görə, peyk televiziyası bazarının həcmi 90 milyard dollar təşkil edib. Bu göstərici 2021-ci ilədək 150 milyard dollara qədər arta bilər.
“İCTnews.az” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, “Euroconsult” analitik mərkəzinin məlumatına görə, 2011-ci ildə pullu peyk televiziya sənayesi bazarının həcmi 90 milyard təşkil edib. Bu göstərici 2010-cu illə müqayisədə 11 milyard dollar çoxdur.
Analitiklərin proqnozuna görə, bu göstərici 2021-ci ildə 150 milyard dollara qədər artacaq. Bu halda Latın Amerikası, Mərkəzi Avropa, Rusiya, Yaxın Şərq, Afrika və Asiyanın inkişaf etməkdə olan bazarlarının payı daim artacaq və 2021-ci ilədək 44 faiz təşkil edəcək.
Asiya regionu Hindistan dövlətinin sayəsində peyk televiziyasına qoşulmaların sayına görə ən sürətli inkişaf edən regiondur. “Euroconsult” analitik mərkəzinin proqnozuna görə, 2021-ci ildə peyk televiziyası abunəçilərinin 77 faizi inkişaf etməkdə olan ölkələrin payına düşəcək. 2011-ci ildə onların payı 60 faiz təşkil edib.
EMİL
01/06/12 Çap et