Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Chrome” səyyahı 1 ay ərzində lider olaraq qalır
“StatCounter” statistika şirkətinin məlumatına görə, “Google Chrome” səyyahı 1 ay ərzində səyyah bazarında lider olaraq qalmaqdadır.
“İCTnews.az” elektron xəbər xidməti “digit.ru” saytına istinadən bildirir ki, “Chrome” səyyahı populyarlığa görə “İnternet Explorer”i 2 həftə əvvəl ötmüşdü. "Səyyahlar arasında mübarizə getdikcə kəskinləşir, lakin son nəticədə istifadəçi qalib olur.
Çünki yüksək rəqabət sayəsində daha yaxşı məhsul yaradılır" – “StatCounter” şirkətinin baş direktoru Aodan Kallen (Aodhan Cullen) qeyd edib.
“StatCounter” statistika şirkətinin məlumatına görə, “Chrome” səyyahının payı mayda 32,43 faiz, “İnternet Explorer”in 32,12 faiz, “Mozilla Firefox”un 25,55 faiz olub. “Safari” və “Opera” səyyahlarının payı isə müvafiq olaraq 7,09 və 1,77 faiz təşkil edib.
EMİL
02/06/12 Çap et