Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünya poçt işçiləri Türkiyəyə toplaşacaq


Cari ilin iyun ayının 25-29 tarixlərində Türkiyənin İzmir şəhərində “Poçt sektorunda rəqabət və tənzimləmə” mövzusunda beynəlxalq seminar keçiriləcək. “Azərpoçt” MMC-nin baş direktorunun köməkçisi Elşad Nurəliyevin “İCTnews” elektron xəbər xidmətinə verdiyi məlumata görə, seminarda ölkəmizi müəssisənin baş direktor müavini Sübhan Kazımov və şöbə rəisi Vüqar Əfəndiyev təmsil edəcəklər.

Nümayəndələrimiz Azərbaycan poçtunda son illər aparılan islahatlar, həyata keçirilən tədbirlər haqqında geniş məruzə ilə çıxış edərək maliyyə xidmətlərinin inkişafı sahəsində əldə olunan uğurları təqdimatla tədbir iştirakçılarının diqqətinə çatdıracaqlar. Həmçinin tədbirdə qardaş ölkənin bu sahədə əldə etdiyi təcrübədən bəhrələnərək oxşar xüsusiyyətlərin Azərbaycan poçtuna tətbiqi də diqqət mərkəzində olacaq.







RƏVAN
 





02/06/12    Çap et