Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Sharp” şirkəti mobil qurğular üçün yeni displeylər təqdim edib
“Sharp” şirkəti “OLED” texnologiyası əsasında hazırlanan maye kristal ekran və panellər həllində əldə etdiyi nailiyyət haqqında məlumat verib.
“İCTnews.az” elektron xəbər xidməti “digit.ru” saytına istinadən bildirir ki, şirkət indium oksid, qallium və sink (Indium Gallium Zinc Oxide, IGZO) əsasında tranzistorların tətbiqi ilə hazırlanmış 4,9 və 6,1 düym diaqonala malik maye kristal ekranlar təqdim edib. Ekranlar yüksək ayırdetmə dəqiqliyinə və kiçik enerji istehlakına malikdir.
Smartfonlar üçün nəzərdə tutulmuş 4,9 düymlü ekran 1280×720 nöqtə təsvir ölçüsünə malikdir; piksellərin sıxlığı 302 ppi (1 düymə düşən nöqtələrin sayı) təşkil edir. 6.1 düym diaqonala malik paneldə bu göstərici 2560×1600 nöqtə və 498 ppi təşkil edir.
Həmçinin “OLED” texnologiyası əsasında hazırlanan və 540×960 nöqtə təsvir ölçüsünə malik 3.4 düymlü elastik ekran təqdim edilib.
EMİL
02/06/12 Çap et