Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Skype” vasitəsilə əlaqə saxlayanların sayı 250 milyonu ötüb
“Skype” internet telefoniya xidmətinin direktoru Toni Beyts “D10” konfransında iştirak edib və şəxsi layihəsinin uğurlarından danışıb.
“İCTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, Beytsin sözlərinə görə, hazırda “Skype” xidməti vasitəsilə ayda heç olmasa 1 dəfə əlaqə saxlayan istifadəçilərin sayı 250 milyonu ötüb. Məlumat üçün bildirim ki, “Microsoft” korporasiyası ilə birləşənə qədər “Skype”-ın auditoriyası təxminən 170 milyona bərabər idi.
“Skype”-ın direktoru bildirib ki, “Skype” mobil kliyentinin əsas istifadəçiləri “iPhone” smartfonun payına düşür, lakin “Android” qurğuların istifadəçiləri artıq ona çatmaqdadırlar.
EMİL
02/06/12 Çap et