Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Samsung” “Nanoradio” şirkətini satın alıb
“Samsung Electronics” şirkəti İsveçin “Wi-Fi” çip istehsalçısı olan kiçik “Nanoradio” şirkətini satın alıb. Bu barədə Koreya istehsalçısının mətbuat xidməti məlumat verib. “Nanoradio” şirkətinin istehsalı olan çip və mikrosxem yığımları smartfon, planşet, mobil oyun konsolları, portativ media-pleyerlər, rəqəmli kamera, rider və digər qurğularda istifadə olunur.
“İCTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Samsung” şirkətindən verilən məlumata görə, şirkət “Nanoradio” çiplərini zamanla öz elektronika qurğularına inteqrasiya etməyi planlaşdırır. “Nanoradio” şirkətinin həlləri sayəsində “Samsung”un mobil qurğularında avtonom iş müddəti daha da artacaq.
“CCS Insight” şirkətinin analitiki Ceff Bleber qeyd edib ki, “Samsung” şirkəti nadir hallarda satınalmalar edir, ona görə saziş satınalmanın vacibliyini göstərir. Sazişin qiyməti açıqlanmayıb.
EMİL
02/06/12 Çap et