Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Samsung Galaxy S” smartfonunun tədarük həcmi artıb
“Samsung” şirkəti flaqman məhsullarının tədarük həcmi haqqında statistikanı açıqlayıb.“İCTnews.az” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, bazara bugünkü günə kimi 24 milyon ədəd “Galaxy S” və 28 milyon ədəd “Galaxy S II” smartfonları tədarük edilib. Bundan əlavə, “Samsung Galaxy Note”-un tədarük həcmi 7 milyonu ötüb.
“Samsung” şirkəti son 3 ay ərzində bazara 2 milyon “Galaxy S” və 8 milyon “Galaxy S II” smartfonu tədarük edib. Beləliklə, şirkətin bu yeni olmayan aparatlarına olan tələbat hələ də yüksəkdir.
EMİL
02/06/12 Çap et