Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Twitter” 1 milyard dollar qazanacaq


"Twitter" 2014-cü ilədək satış həcminin 1 milyard dollar həcmində olacağını gözləyir. Əgər mikrobloqlar xidməti göstəricilərinin artım tempi indikindən 2 dəfə çox olarsa, şirkətin satış həcmi 1 milyard dollar təşkil edə bilər.

"İCTnews.az" elektron xəbər xidməti "cybersecurity" saytına istinadən bildirir ki, "EMarketer" analitik şirkəti satış həcminin 1 milyard dollar həcmində olacağını hesab etmir və güman edir ki, 2014-cü ilədək Twitter"in satış həcmi yalnız 540 milyon dollar təşkil edəcək. Müqayisə üçün: 2011-ci ilin nəticəsinə görə şirkətin satış həcmi 139,5 milyon dollara bərabər olub.

Məlumat üçün bildirim ki, "Twitter" ilk reklam platformasını 2010-cu ildə, yaranma anından 4 il sonra təqdim edib. Belə ki, mesaj limitinin 140 simvol olması ilə əlaqədar mikrobloq reklam formatını təyin edə bilmirdi. "Twitter" 2011-ci ildə mobil reklam platformasını istifadəyə verib.



EMİL





04/06/12    Çap et