Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

E-imza sistemi üçün “Test mühiti” yaradılır


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RHTN) Məlumat Hesablama Mərkəzində (MHM) elektron imza sistemi üçün “Test mühiti” qurulur. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə MHM-in baş mütəxəssisi, “E-imza” layihəsinin rəhbəri Nadir Rəsulov məlumat verib.

Onun sözlərinə görə, “Test mühiti”nin yaradılması prosesinə yenicə başlanılıb və təxminən 2 ay müddətində işlərin başa çatacağı planlaşdırılır. N.Rəsulov deyib ki, “Test mühiti” MHM-in daxili imkanları və ekspertləri tərəfindən yaradılır: “Test mühiti”ni də yaratmaqda məqsədimiz yeni-yeni proqramlarla bağlıdır. Yeni proqramlar və digər müəyyən yeniliklər əvvəlcə  burda  sınaqdan keçiriləcək.

Gözlənilən effekti verəndən sonra isə elektron imza sisteminə əlavə olunacaq. Bütün bu işlər də yeni proqramlar zamanı yarana biləcək  xoşagəlməz halları aradan qaldırmaq üçün həyata keçirilir. Məqsəd də odur ki, e-imza istifadəçiləri yeni proqramlardan da heç bir maneə ilə qarşılaşmadan istifadə edə bilsinlər”.



SEYMUR





04/06/12    Çap et