Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
DTXK elektron xidmətləri genişləndirir
“Coğrafi İnformasiya Sistemləri” üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (DTXK) tərəfindən təqdim olunan Vahid Elektron Kartoqrafik əsasdan istifadə olduqca zəruridir”. “İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri DTXK-nin İnformasiya texnologiyaları sektorunun müdiri Cavid Abdullayev söyləyib.
Komitənin müvafiq sahələr üzrə dünya təcrübəsinə əsaslanan prinsipial mövqeyi olduğunu deyən C.Abdullayev əlavə edib ki, dünyada geniş şəkildə dəstəklənən “From e-gov to g-gov” devizi artiq ölkəmiz üçün də aktual səslənir: “Bulud” texnologiyalarına xüsusi önəm verilir. Geomatika üzrə vahid standartların tətbiqi zəruridir. Yeni növ geoməkan xidmətlərinin tətbiqi və bu zaman elektron imzadan istifadənin perspektivləri çox genişdir”.
SEYMUR
04/06/12 Çap et