Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

SİM-kartlar üçün yeni standart təsdiq edilib


Mobil rabitə sahəsində standartların hazırlanmasına və qəbuluna məsul olan Avropa Telekommunikasiya Standartları İnstitutu (European Telecommunications Standards Institute, ETSI) SİM-kartlar üçün yeni “nano-SİM” standartını təsdiq edib. Üstünlük öz layihələrini təklif edən digər şirkətlərin təzyiqi atında dəyişikliklərə məruz qalan “Apple” şirkəti tərəfindən təklif edilən modula verilib. 

“Onliner”in məlumatına görə, yeni SİM-kart mövcud “micro-SİM”-dən 40 faiz kiçikdir. Yeni SİM-kartın uzunluğu 12,3 mm, eni 8,8 mm, qalınlığı 0,67 mm təşkil edir. “Nano-SİM əvvəlki standartlar kimi funksionallıq təklif edir və əks-uyğunluğa malikdir.

SİM-kartın ölçüsünün azaldılması smartfon daxilində yerə qənaət etməyə imkan verməklə qurğunun korpusunun daxilindəki boş yerlərdən digər məqsədlər üçün istifadəyə şərait yaradır.

Standartın qəbul edilməsi “ETSI”-nin xüsusi komissiyasının üzvləri – “Apple” və onun mobil bazardakı rəqibləri “Nokia”, “RIM” və “Motorola” şirkətləri arasında yaranan fikir ayrılığına görə təxirə salınmışdı. Məhz bu səbəbdən standartla bağlı səsvermə planlaşdırılan müddətdən bir neçə ay gec keçirilib.  





04/06/12    Çap et