Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Sony” şirkəti müflisləşir


“Sony” şirkətinin səhmlərinin qiyməti 1980-ci ildən bəri ilk dəfə olaraq 1 səhm üçün 1000 yenadan aşağı qiymətə qədər azalıb. Yapon korporasiyasının ziyanı rəqiblərinin təzyiqi altında, yenanın bahalaşması və Taylandda baş vermiş təbii fəlakət fonunda artır. “Samsung” şirkətinin təzyiqi altında “Sony”-nin televiziya bölməsi daha çox ziyana məruz qalıb.

“İCTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, Sony” şirkətinin çiçəklənmə dövrü 2000-ci ilin martına təsadüf edir; o zaman onun 1 səhminin qiyməti 16950 yenaya bərabər idi. Şirkət 2011-ci ildə 457 milyard yena həcmində  (təxminən 5,7 milyard dollar) ziyana məruz qalıb.

“Sony”-nin səhmdarları korporasiyanın yeni direktoru Kazuo Xiraiyə böyük ümid bağlayırlar. Şirkət smartfon və planşet bazarına pul qoymağa qərar verib. Bundan əlavə, “Sony” heyətinin 6 faizini azaltmağı planlaşdırır.


EMİL





04/06/12    Çap et