Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sabah Asiyanın informasiya texnologiyalarına dair ən böyük sərgisi öz işinə başlayır


Sabah Tayvanın Taybey şəhərinin "Taipei World Trade Center"  kompleksində informasiya texnologiyalarına dair ən böyük Asiya sərgisi işə başlayacaq və iyun ayının 9-na qədər davam edəcək.

Hər il burada İT məhsullarının aparıcı istehsalçıları öz yeni hazırlamalarını təqdim etmək üçün eyni məkana toplaşırlar. Məlum olduğu kimi, Tayvanda çox sayda tədqiqat və istehsal mərkəzi yerləşir.

Sərgi analitikləri, jurnalistləri və bütün dünyadan İT sənayesinin tədqiqatçılarını cəlb edir. Dünyanın praktik olaraq  böyük şirkətlərinin çoxu yeni məhsullarını "Computex Taipei"-da  təqdim edir.

"Computex Taipei 2012"-nin ekspozisiyası aksessuarlar, rabitə avadanlığı, kompyuter sistemləri, rəqəmli kameralar, rəqəmli audio-video avadanlıq, multimedia, monitorlar və ekranlar, kompyuter sistemləri, noutbuklar, periferiya, serverlər, proqram təminatı, radio, yaddaş qurğuları tematik bölmələrindən ibarət olacaq.





04/06/12    Çap et