Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Altıncı nəsil “iPhone”də simsiz enerji doldurma sistemi
Veb mənbələrin məlumatına əsasən, 2012-ci ildə “Apple” şirkəti, altıncı nəsil “iPhone” smartfonu istehsal edəcək.
Qurğunun bir sıra əhəmiyyətli yeniliklərə malik olacağı bildirilib. Onlardan biri induksiya prinsipindən istifadə edən akkumulyator batareyasının simsiz enerji doldurma sistemi ola bilər. Bundan başqa, kommunikator, çox güman ki, LTE dördüncü nəsil mobil şəbəkə dəstəyini əldə edəcək. Hələlik qurğu haqqında ətraflı informasiya yoxdur.
Gözlənildiyi kimi, sentyabrda, beşinci nəsil "iPhone" təqdim ediləcək. Smartfon şayiələrə görə, 2 nüvəli A5 prosessoru və 8 meqapiksel matrisli kamera ilə (iPhone 4-də 5 meqapiksellik kamera tətbiq edilib) təchiz olunacaq.
Elektron komponent təchizatçılarına istinadən “DigiTimes” qeyd edib ki, yeni “iPhone” modelinin istehsalı ilə Tayvan şirkəti “Pegatron Technology” məşğul olacaq. “Apple” guya 15 milyon smartfon istehsalını sifariş edib.
11/07/11 Çap et