Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kənd poçt şöbələrində də məktubların elektron qeydiyyatı aparılacaq


Yaxın vaxtlarda kənd poçt şöbələrində də məktubların elektron qeydiyyatı aparılacaq. “Azərpoçt” MMC-nin poçt analizi şöbəsinin rəisi Nüsrət Səmədov “İCTnews” elektron xəbər xidmətinə bildirib ki, bu istiqamətdə müəyyən işlər aparılıb.

O deyib ki, poçt göndərişlərinin qeydiyyatının kompyuterlə aparılması və sonra da onun izlənməsi sisteminin daha da genişləndirilməsi məqsədilə skayner avadanlıqları bir neçə kənddə sınaqdan keçirilib.

“Beynəlxalq standartlara  uyğun olaraq poçt göndərişlərinin üzərində 13 simvollu ştrixkoddan istifadə olunur. Bunlarda 4-ü hərf, qalanlar rəqəmdən ibarətdir. Hərflərdən 2-si əvvəldə, digər 2-si isə axırda yazılır. Bu hərflərdə birincilər poçt göndərişinin növünü, sonuncu hərflər isə ölkənin adını göstərir”- deyə Səmədov qeyd edib.




RƏVAN




05/06/12    Çap et