Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

13 yaşadək uşaqlar “Facebook”da qeydiyyatdan keçə biləcəklər


"Facebook"un hazırladığı texnologiya sayəsində 13 yaşadək uşaqlar sosial şəbəkədə rəsmi olaraq qeydiyyatdan keçə biləcəklər. Uşaq digər şəxslərlə valideynlərinin nəzarəti altında əlaqə saxlaya biləcək, çünki onun hesabı valideynlərinin hesabına "bağlanacaq". Bir sözlə, kimin uşaqlarının dostu olub-olmasına valideynlər qərar verəcəklər.

"İCTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, valideynlər hazırlanmaqda olan texnologiya sayəsində, həmçinin uşaqlarının hansı proqramları icra etdiyini biləcəklər.

Əvvəl dərc edilmiş hesabata əsasən, 2011-ci ildə "Facebook" sosial şəbəkəsində 13 yaşadək təxminən 7,5 milyon istifadəçi olub.

 
EMİL





05/06/12    Çap et