Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Leo Apoteker: şirkətlər avadanlıq xərclərinə ehtiyatla yanaşır
Şirkətlər yüksək texnoloji avadanlığın alınmasına dair iri xərclərə ehtiyatla yanaşır ki, bu, davamlı iqtisadi artımla əlaqədar narahatlıq, eləcə də maliyyə sahəsində qeyri-müəyyənliklə bağlıdır. Bunu “Hewlett-Packard” korporasiyasının rəhbəri Leo Apoteker qeyd edib.
Onun sözlərinə görə, hazırda bir çox şirkətlər öz avadanlıqlarının yenilənməsini həyata keçirsə də, onların əksəriyyəti bu sahə üzrə xərclərə qənaətlə və ehtiyatla yanaşır.
“DailyComm” yazır ki, kompyuter avadanlığı və İT-xidmət təchizatçıları yüksək texnologiyalar sahəsində yenidən müşahidə olunan xərclərin artmasından bərabər olmayan gəlirlər əldə edir. Misal üçün, HP-nin bilavasitə rəqibi “Oracle” şirkəti 2011-ci ilin iyun ayında kompyuter avadanlığının satış həcminin gözlənilmədən enməsi ilə qarşılaşıbr.
Bununla belə, İDC analitik şirkətinin məlumatlarına əsasən, ABŞ şirkətlərinin və hökumət strukturlarının yüksək texnoloji avadanlığa dair xərcləri cari ildə 5,6 faiz artmalı və ölkə ÜDM-nin proqnozlaşdırılan artım tempini demək olar ki iki dəfə üstələməlidir.
11/07/11 Çap et