Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Firefox 13” səyyahı vaxtından əvvəl işıq üzü görüb


“Mozilla Foundation” cəmiyyəti “Firefox 13” səyyahının sabit versiyasını istifadəyə verib. Yeni səyyahda həyata keçirilmiş mühüm yeniliklərdən biri veb-səhifələrin yüklənməsini sürətləndirən “SPDY” protokolunun dəstəklənməsi olub.

“İCTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən  bildirir ki, yeni start ekranında da dəyişiklik edilib. Artıq orda yalnız “Firefox” loqotipi və “Google”-un axtarış sətri deyil, həm də əlfəcin, baxış tarixi, plaqin, sinxronlaşdırma və sazlama parametrlərinə sürətli giriş imkanı yaradan nişanlar göstərilir. Bundan əlavə, artıq istifadəçilər səyyahı icra edərək əvvəlki sessiyanı asan şəkildə bərpa edə bilərlər.
 








EMİL
 





05/06/12    Çap et