Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2011-ci ildə Ukraynanın İT bazarının həcmi 18,1 faiz artıb
Ukraynanın İT məhsul və xidmətlər bazarının həcmi 2011-ci ildə 18,1 faiz artaraq 1,3 milyard avro təşkil edib. Bu barədə “PMR” analitik şirkətinin hesabatında qeyd olunub.
Müqayisə üçün, 2010-cu ildə İT məhsul və xidmətlər bazarında 43 faizlik artım qeydə alınmışdı. "Artım tempi azdır, lakin artım daha ahəngdardır - ekspertlər qeyd ediblər.
O, ölkədə mövcud olan real iqtisadi və işgüzar vəziyyətə müvafiqdir. Bundan əlavə, biz autsorinq xidmətlərinin ixracını nəzərə almamışıq. Onların həcmi 2010-cu ildə yerli İT bazarın 50 faizini ötmüşdü".
“İCTnews.az” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, “PMR” şirkətinin proqnozuna görə, Ukraynanın İT bazarının həcmi pik qiymətinə, 1,9 milyard avroya çatması üçün hələ 3-4 il lazımdır.
"Biz 2012-2013-cü illərdə Ukraynanın İT bazarının ikirəqəmli artım sürətini saxlayacağını gözləyirik. Bu proqnoz makroiqtisadi və siyasi sabitliyə əsaslanır".
EMİL
05/06/12 Çap et