Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

I ixtisas qrupu üzrə imtahan sualların cavabları TQDK-nın internet saytında


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 10-da 2011/2012-ci tədris ili üçün Azərbaycan Respublikasının ali məktəblərinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə I ixtisas qrupu üzrə qəbul imtahanı keçirib.
İmtahan Bakıda 41, Naxçıvanda 2, Gəncədə 6, Sumqayıtda 7 binada aparılıb.
Hazırda komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılır.
İlkin statistik məlumatlara əsasən, bu il I ixtisas qrupu üzrə ərizə vermiş 33 min 587 abituriyentdən 937-si imtahana gəlməyib. Abituriyentlərdən 60 nəfəri imtahan qaydalarına zidd hərəkətlərə yol verdiyinə görə imtahandan xaric olunub. Onlardan 1-i başqasının əvəzinə imtahan verməyə, 2-si imtahana mobil telefonla keçməyə, digərləri isə sual və ya cavab kartlarını bir-birinə ötürməyə, köçürməyə cəhd göstərdiklərinə görə imtahandan xaric edilib. İmtahandan dərhal sonra müstəqil ekspertlər tərəfindən I ixtisas qrupu üzrə test suallarının ekspertizası aparılıb.
İmtahanda istifadə olunmuş sualların bütün variantlar və bölmələr üzrə düzgün cavabları, eləcə də balların hesablanması proqramı artıq TQDK-nın internet saytında yerləşdirilib.
Cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr TQDK-nın internet saytında yerləşdiriləcəkdir. Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin iş nömrələrini 7727 nömrəsinə göndərməklə mobil telefonla “İmtahancell” xidməti vasitəsilə öyrənə biləcəklər.




11/07/11    Çap et