Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“İnternet Explorer” brauzer bazarının 50 faizdən çox hissəsinə nəzarət edir
“Net Applications” şirkəti 2012-ci ilin mayında brauzer bazarındakı qüvvələr nisbətini qiymətləndirib.
“İCTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, fərdi kompyuter seqmentində ən geniş yayılmış brauzer “İnternet Explorer” olaraq qalır. “Microsoft”un brauzerinin payı ötən ay ərzində cüzi azalıb: hazırda onun payı 54,05 faiz təşkil edir.
Populyarlığa görə ikinci yerdə qərarlaşmış “Firefox” brauzerinin payı 19,71 faiz təşkil edib. Bu göstərici aprel ayı ilə müqayisədə 0,49 faiz azdır. “Chrome” brauzeri üçlüyü tamamlayıb, onun payı 0,73 faiz artaraq 19,58 faizə bərabər olub.
Sonrakı yerlərdə 4,62 və 1,57 faiz göstərici ilə müvafiq olaraq “Safari” və “Opera” brauzerləri yerləşiblər.
Mobil brauzer sektorunda vəziyyət fərqlidir. Burada 63,24 faiz göstərici ilə “Safari Mobile” liderdir. Sonrakı yerlərdə “Android” platformasının brauzeri və “Opera Mini” brauzerləri yerləşiblər.
EMİL
05/06/12 Çap et